AZ

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

“İlk növbədə qonaqpərvərliyə görə təşəkkür edirəm”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata birgə bəyanatında bildirib.

Rumen Radev deyib ki, tərəflər dostluq və qarşılıqlı faydalı əməkdaşlıq edir:

“Son dövrdə dördüncü dəfə görüşürük. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan enerji sahəsində Bolqarıstan üçün mühüm, həlledici tərəfdaşa çevrilib. 2023-cü ilin payızında Yunanıstan-Bolqarıstan qaz şəbəkəsindən istifadə ilə bağlı tədbirdə iştirak etdik. Bu, Avropada enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq