AZ

Ermənistanın da sülh prosesinin irəliləməsində artıq müəyyən maraqları var – Politoloq

Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda yenidən görüşəcəklər. Görüşlə bağlı Herbiand.az-a münasibət bildirən politoloq Oqtay Qasımov ilk görüşdən sonra iki ölkə arasında münasibətlərdə müəyyən irəliləyişlərin olduğunu dedi:

“Almatıda keçiriləcək görüş artıq birinci dəfə deyil ki, iki ölkənin xarici işlər nazirləri arasında təşkil olunur. Bu görüşlər sərhədlərin delimitasiya məsələsində özünü müsbət mənada göstərib”.

Politoloq bu görüşdən hansısa çox böyük irəliləyişlərin olacağını düşünmür:

“Bir başa təmaslar baxımından müsbət qiymətləndirirəm. Təbii ki, orda müəyyən məsələlər müzakirə ediləcək. Və Ermənistan tərəfindən verilən açıqlamalarda da görmək olur ki, onların da sülh prosesinin irəliləməsində artıq müəyyən maraqları var. Amma təbii ki, onlar şərtləri əsasında bu prosesin irəliləməsinə çalışırlar. O baxımdan bu görüşdən gözləntilərim çox böyük deyil. Amma münasibətlərin irəliləməsi, proseslərin normal məcrada getməsi üçün əhəmiyyətli bir görüş sayıla bilər”.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla