İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevlə İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən vida mərasimi başa çatıb.1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Hacıhətəmli kənd qəbiristanlığına aparılır. 14:31Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib.1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Ayaz Həbibulla oğlu Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. A.Ağayev Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunacaq.