AZ

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə - MÜRACİƏT EDİB

Aqrar Sığorta Fondu son günlər hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib.

Hava şəraiti pisləşdi: Aqrar Sığorta Fonduna müraciətlər başlandı

 FED.az xəbər verir ki, müraciətdə əkinlərini və təsərrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur.

Sığorta müqavilələrinə əsasən, fermer hadisə baş verdikdən keçən 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməlidir. 

Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir. 

Xatırladaq ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti, kəskin temperatur dəyişikliyi, bəzi ərazilərdə dolu və qar yağıntısı fermer təsərrüfatlarına zərər vurub. 

Mayın 4-dən başlayaraq Fondun Çağrı mərkəzinə 10 rayon üzrə 30 müraciət daxil olub. Müraciətlər Kürdəmir, Beyləqan, Ağcabədi, Biləsuvar, Zərdab, Quba, Qusar, Xaçmaz, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən fermerlər tərəfindən edilib və arpa, buğda, pambıq əkinləri, alça və gilas bağlarını əhatə edir. 

Hazırda fermerlərin müraciətlərinə əsasən hadisədən zərər çəkən təsərrüfatlara aqrar sığorta ekspertləri ezam edilir. Aqrar sığorta ekspertləri sığortalanmış təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23312
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
15904
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14530
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11437
Helikopterin qalıqları tapılıb
9727
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7192
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6706
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5341
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5305
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
5253
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4144
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4044
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3619
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2903
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2143
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1791
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1707
Azərbaycan nefti ucuzlaşdı
1680