AZ

Xanım sahibkar: «Hər şeyi özüm sıfırdan yaratdım, indi 15 işçimiz var»

Pandemiyanın təsirləri çəkildikdən sonra turizm yenidən Azərbaycanda ən gəlirli sahələrdən birinə çevrilib.

Qadın sahibkara hotel və restoran xidməti layihəsi üzrə - GÜZƏŞTLİ KREDİT VERİLDİ

Xüsusilə sərhədlərin bağlı olduğu bir vaxtda turistlərin əksəriyyəti ölkə daxilində istirahətə üstünlük verir və nəticədə bu sahədə fəaliyyət göstərən sahibkarların sayı günü gündən artamqdadır.

Azəraycanın turistik imkanları ilə seçilən ərazilərindən olan Qubada sahibkar Humayə Məmmədova 2000-ci ildən bəri sahibkarlıqla məşğuldur. İstirahət mərkəzi Qubanın tunel kimi sıx meşəlik ərazisində yerləşir.

Qubada yerləşən “Qədim Quba” xalça fabrikinin direktoru vəzifəsində çalışan sahibkarın fabrikdən başqa eyni adda “Qədim Quba” adında restoranı da var.

Humayə Məmmədovanın rəhbəri olduğu xalça fabriki məşhurdur – burada iki dəfə prezident İlham Əliyev olub və sahibkara fəxri diplom təqdim edib, eləcədə «Tərəqqi» medalı ilə təltif edib.

Humayə xanım bildirir ki, Sahibkarlın İnkişafı Fondundan ilk güzəştli krediti də 2007-2008-ci illərdə dövlət başçısının tapşırığı ilə alıb. «Prezidentin tapşırığı ilə 2007-ci ildə mənə xalça fabrikinə ip əyirdici avadanlıq almaq üçün 75 min manat kredit ayrıldı». Əldə olunan avadanlıq yunlar ilə uyğun gəlməsədə və iplərin  aşağı keyfiyyətdə olmasına baxmayaraq Humayə xanım farikdə işləri davam etdirib krediti də vaxtı vaxtında ödəyib. Xalça fabriki indi də işini davam etdirir və iplər İrandan gətirilir.

Güzəştli kreditlərin verilməsi sahəsindəki şərtlərin yumşalması, eləcə də bu sahədə şəffaflığın artması nəticəsində sahibkar yenidən fonddan kredit götürüb. Ötən il Humayə Məmmədovaya 150 000 manat dəyərindı güzəştli kredit ayrılıb.

Sahibkar bu vəsaiti turizm sektoruna yatırmağı qərara alıb və keçən il “Şah Quba” istirahət mərkəzini yaradıb. Ümumi sahəsi 1 hektar olan mərkəzdə 8 ədəd kottec var - istirahət mərkəzinin yerləşdiyi ərazini sahibkar Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən icarəyə götürüb: «Hər şeyi özüm sıfırdan yaratdım, hazırda 15 işçimiz var»-deyə sahibkar indiyədək görülən işlərdən danışır.

Əldə edilən kredit də ilk olaraq həmin kotteclərin mətbəx və digər zalların tikintisi üçün və obyekti işlək vəziyyətə gətirmək üçün istifadə edilib.

“Sahibkara ən uyğun krediti SİF təqdim edir. Cənab prezident sağolsun biz sahibkarlara bu şəraiti yaradır.”-deyə xanım sahibkar vurğulayıb.

Sahibkarın sözünə görə SİF-dən kredit aldıqdan sonra Azərbaycan Beynəlxalq Bankından da 50 000 manat dəyərində istirahət mərkəzində istilik sisteminin çəkilişi üçün kredit əldə edib. 

Keçən il iyul ayının axırında istirahət mərkəzi qismən, bu il isə tamamamilə istifadəyə verilib.

Humayə Məmmədovanı sözlərinə görə keçən ilə nisbətən bu il müştərilərin sayında artım var. Sahikar qeyd edi ki, “Keçən il həm tanınmırdıq, həm xidmətimiz haqqında insanlar məlumatlı deyildi, həm də özümüzü göstərmək şansımız az olmuşdu. Quba, bilirsiniz, yağışlı yerdir və qış tez gəlir. Biz iyul ayının axırında başladıq avqustdan sonra artıq yağışlar başladı və biz yaxşı işləyə bilmədik.”

Qış aylarında isə mövcud hava şəraiti və istirahət mərkəzində qaz çəkilişinin yarımçıq olması səbəbilə istirahət mərkəzinin fəaliyyəti elədə uğurlu olmayıb.

Bu il isə istirahət mərkəzinə üz tutanların sayının çox olduğunu deyən sahibkar mərkəzdə ad günü mərasimləri,  uşaqların kiçik toy məclisləri və kollektiv yığıncaqlar olduğunu vurğulayıb.

Humayə xanımın dediyinə görə mart və aprel ayları ərzində ümumi gələn müştəri sayı 500-nəfərə yaxın olub.

Müştərilər arasında Qubanın yerli əhalisi də var. Humayə xanımın sözlərinə görə sahibinin qadın olması istirahət mərkəzinə inamı artırıb: «Bizim məkan ailəvi olduğudan, sahibi qadın olduğuna görə daha çox ailələr təşrif buyurur və biz çox ciddi rejimlə nəzarət ilə kotteclərə müştəriləri qəbul edirik. Ona görədə bu gün çox yüksək səviyyədə xidmətimiz var. Gələn müştərləri razı salmağa çalışırıq.”-deyə bildirib.

Qeyd edək ki, hələlik gələn müştərilər arasında xaricilər azlıq təşkil edir, lakin yerli turistlər kifayət qədərdir.

Sahikarın yeganə çətinliyi kommunal xərclərlə bağlıdır, onun sözlərinə görə elektrik enerjisi və qazın qiyməti çox yüksəkdir bu da işə mane olur, əlavə xərcloər yaradır: «Kotteclərdə hər daim müştəri olmur boş olduğu zamanlar olur ama mərkəz müştərini xoş qarşılamaq üçün kottecləri daim isti saxlamaq məcuriyyətindədir. Qış aylarındada bu sahibkara bəzi çətinliklər yaradır».

Gələcəkdə istirahət mərkəzində ola imkanları genişlədirmək istəyən sahibkar kotteclərin sayını artırmaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla