AZ

Ayaqlarınız tez-tez ağrıyırsa... -Böyük TƏHLÜKƏ

Pilləkənləri qalxmaqda çətinlik çəkirsinizsə, ayaqlarınızda kramplar və ya yeriyərkən başlayan ağrılar varsa, diqqətli olun!

Medicina.az xəbər verir ki, bütün bunların səbəbi ayaq damarlarınızdakı daralma və ya tıxanma ola bilər.

Dr. Bünyamin Kahraman ayaq damarlarında stenoz və ya tıxanmaların səbəblərindən danışıb.

Doktor periferik arteriya deyilən bu vəziyyətin ayağı qidalandıran bir və ya bir neçə arteriyanın daralması və ya tıxanması ilə yarandığını bildirib.

“Ayaq damarlarının tıxanması və ya daralması ürək, boyun və beyin damarlarının tıxanmasından sonra ən çox rast gəlinən damar xəstəliyidir”, - o qeyd edib.

Mütəxəssis vurğulayıb ki, ayaqdakı arteriyaların tıxanması və ya daralması ayaq əzələlərinin yaxşı qidalanmasının qarşısını alır:

“Ayaqlarımız bədənin ağırlığını daşıyan orqanlarımızdır və hərəkət zamanı ayaq əzələlərinin oksigen ehtiyacı, buna adekvat olaraq da qan ehtiyacı artır. Bu qan ehtiyacının yetərincə ödənilməməsi nəticəsində ayaqlarda ağrı, qıcolma, yeriməkdə çətinlik, pilləkən qalxmada çətinlik kimi şikayətlər başlayır”.

Həkim onu da qeyd edib ki, ayaq damarlarının tıxanması və ya daralması nəticəsində yaranan ağrının xarakterik xüsusiyyəti ağrının hərəkət zamanı meydana gəlməsidir:

“Yəni biz oturanda və ya dincələndə yox, hərəkət zamanı, yeriməyə başladığımız zaman ağrı yaranır. Çünki istirahət zamanı ayağın qana (qida və oksigenə) çox az ehtiyacı olduğu halda, yeridiyimiz zaman artan ehtiyacı daralma və tıxanma səbəbiylə qarşılaya bilmədiyi üçün ağrılar artır”.

Dr. Kahraman bu vəziyyətin çox təhlükəli hal ala biləcəyinə diqqət çəkib:

“Stenoz irəliləsə və tam tıxanma inkişaf etsə, ayaq barmaqlarında və dabanda uzun müddət sağalmayan yaralar yarana, hatta qanqrena ola bilər”.

Mütəxəssis bildirib ki, damarlarda tıxanma və ya stenozun müalicəsində istifadə olunan damardaxili (endovaskulyar) prosedurlar əsasən angioplastika və stent müalicəsidir.

Damarların daralması və tıxanmasının bir sıra amillərin qarşılıqlı təsiri nəticəsində baş verdiyini ifadə edən Dr. Kahraman ən çox rast gəlinən səbəbləri belə sıralayıb:

- Ateroskleroz

- Siqaret çəkmək

- Şəkər xəstəliyi

- Yüksək təzyiq

- Yüksək xolesterin

- Genetik faktorlar

- Piylənmə

- Yaşlanma

- Hərəkətsizlik

Digər faktorlar: bəzi infeksiyalar, iltihablanma, immun sistem pozğunluqları və bəzi dərmanlar da damarların daralmasına və tıxanmasına səbəb ola bilər.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10453
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8115
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3928
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1777
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1611
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1553
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1090
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
769
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
665
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
574
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
394
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
355
Arda dubl etdi - VİDEO
306
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
261
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240