AZ

Soğan sahəsində sudan qeyri-qanuni istifadə halı aşkarlandı - VİDEO

Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonu Hövsan qəsəbəsində keçirdiyi nəzarət tədbirləri zamanı Dənizkənarı adlanan ərazidə soğan sahəsinin suvarılmasında qeyri-qanuni su xəttindən istifadə edildiyi aşkarlanıb.

 

Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq

FED.az xəbər verir ki, Məşədi Hilal adlı qəsəbə sakini hektarlarla ərazidə soğan sahəsi salıb. Vaxtilə torpaq sənədi əsasında əraziyə qanuni su xətti çəkilib, kod açılaraq sayğac quraşdırılıb. Böyük bir təsərrüfatda istifadə olunan suyun həcmi ilə bağlı şübhələr yarandığından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Məlum olub ki, sahibkar 63 mm diametrli boru ilə yaxınlıqdan keçən şəbəkədən əlavə qanunsuz su xətti çəkib. Əkin sahəsi də həmin xətlə suvarılıb. Əraziyə cəlb olunmuş qəza briqadası tərəfindən qanunsuz çəkilmiş su xətti tamamilə ləğv edilib. Aşkarlanmış fakt aktlaşdırılaraq dəymiş ziyan hesablanıb. Sahibkarın diqqətinə çatdırılıb ki, sudan qeyri-qanuni istifadə etmək yolverilməzdir. Bu hal bir daha təkrarlanarsa daha ciddi tədbirlər görüləcək.

Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, bu cür hallar şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23441
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16984
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16536
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10021
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5536
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5375
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4179
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3676
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2939
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2003
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1852
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741