AZ

Ziya Ağa "Azdrama"ya qayıtdı

Aktyor, Prezident mükafatçısı Ziya Ağa bundan sonra yaradıcılıq fəaliyyətini müstəqil "M" Teatrı və YUĞ Teatrı ilə yanaşı, yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirəcək.

Kulis.az xəbər verir ki, o, 2016-ci ildən 2023-cü ilə qədərAkademik Milli Dram Teatrında bir çox tamaşalarda irili-xırdalıobrazlarla çıxış edib.

Aktyor H.Cavidin "İblis" əsəri əsasında yeni hazırlanan tamaşadaArif obrazının məşqlərinə başlayıb.

Məlumat üçün bildirək ki, yeni tamaşanın quruluşçu rejissoru teatrın bədii-rəhbəri və baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla