AZ

Gəncədə restoranların dövriyyəsi - 12 MİLYON MANATA ÇATIB

Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi 11,9 milyon manat təşkil edib.

FED.az xəbər veri ki, Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

. Dövriyyənin 11,7 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.

2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,8 faiz artaraq 109,6 milyon manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 37,5 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 34,3 faizini təşkil edib. Ödənişli xidmətlərin 20,1 faizi dövlət, 79,9 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla