AZ

Türkiyə niyə adekvat addımlar atmır?

Livan ermənisi, "ESƏD" terror təşkilatının ən fəal üzvü, 28 yanvar 1982-ci ildə  Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı avtomobilində qətlə yetirən və  ömürlük həbs cəzası alan, lakin 2021-ci ildə azadlığa çıxan  Hambig  Sasunyan öz əməlindən çəkilmir.

Susanyan indi də  Azərbaycan-Ermənistan sərhədinin dəqiləşməsinə etiraz edənlərə qoşulub. Türk diplomatı qətlə yetirən Sasanyanın dünən və bugünkü hərəkətlərinə görə niyə qardaş Türkiyəni adekvat addımlar atmır?

Mövzu ilə bağlı sualımızı cavablayan politoloq Tural Hümbətov bildirdi ki, Türkiyə bununla bağlı yanlız etiraz notası verə bilər:

“Türkiyə beynəlxalq hüquq çərçivəsində hərəkət edir.  Türkiyə onun həbsi üçün Ermənistan ərazisinə daxil ola bilməz. Ermənistanın da  onu Türkiyəyə vermək niyyəti yoxdur.  Türkiyə məsələyə adekvat yanaşır. Hambig  Sasunyan Ermənistandan kənara çıxsa, Türkiyə İNTERPOL  vasitəsi ilə onu ölkəyə gətirib həbs edə bilər”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla