AZ

Deputat: "Azərbaycan-Slovakiya arasındakı Birgə Bəyannamə iki ölkənin əməkdaşlığı üçün yeni üfüqlər açır"

Son illərdə Azərbaycan Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrini gücləndirir, onların intensivliyin artırır. Bu coğrafi ərazinin Bakı üçün əhəmiyyəti tam aydındır - bu region Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində uzunmüddətli ixrac strategiyasının əsasını təşkil edir. Bununla belə, son zamanlar Azərbaycanın Şərqi Avropa ölkələri ilə işgüzar əlaqələri də genişlənir və Slovakiya bu ölkələr sırasındadır. Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri çərçivəsində ötən gün keçirilən Azərbaycan-Slovakiya biznes forumu da iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsi perspektivlərinə də xidmət edir.

Bakı ilə Bratislava arasında əlaqələr uzun illərdir ki, davam edir və, ən əsası, qarşılıqlı hörmətə və tərəfdaşlığa əsaslanır, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyəti də əhatə edir. Dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq hüququn üstünlüyü, separatizmin qəbuledilməzliyi məsələlərində də ölkələrimiz oxşar mövqe sərgiləyirlər. 

Eləcə də bir-birini tamamlayan dövlətlərarası münasibətlər iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verməkdədir. Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə apardığı danışıqların məzmunu və istiqamətləri bu siyasətin nə qədər uğurlu olduğunu sübut edir.

Səfər çərçivəsində aparılan danışıqların nəticələri çox məhsuldar olub və Bakıda bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi olub. Belə ki, səfərin əsas nəticəsi Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, müdafiə sənayesi və müdafiə sahəsində sənədlərin imzalanması oldu. Birgə Bəyannamə iki ölkənin əməkdaşlığı üçün yeni üfüqlər açır, digər iki sənəd isə dövlətlərimizin müdafiə potensialının gücləndirilməsi və hərbi istehsal perspektivlərinin genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Azərbaycan və Slovakiya arasında münasibətlər hərbi və müdafiə sahələrin ilə məhdudlaşmır. Belə ki, son illərdə Azərbaycanla Slovakiya arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib, müqavilə-hüquq bazası genişlənib, 11 ikitərəfli sənəd, o cümlədən sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb, iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradılıb.

Azərbaycan-Slovakiya işgüzar əlaqələrində enerji komponentinin genişləndirilməsi imkanları da mövcuddur. Belə ki, Bratislava Bakını ticarət-iqtisadi, nəqliyyat, tranzit, investisiya sahələrində, innovasiya və İT sahələrində əməkdaşlıq üçün Cənubi Qafqazda əsas tərəfdaş hesab edir və Slovakiya şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa, yenidənqurma və tikinti layihələrində iştirak etməkdə maraqlıdırlar. Növbəti illərdə iki ölkənin həm siyasi, həm iqtisadi əlaqələrinin gücləndirilməsində böyük irəliləyişlər və tərəqqi müşahidə olunacaqdır.


Kamran Bayramov 
Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14697
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11476
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9318
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3206
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2672
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2532
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2447
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2211
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1872
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1251
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
846
Azərbaycan nefti ucuzlaşdı
840
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
795
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
761
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
717
Mayın ilk gününün havası açıqlanıb
645