AZ

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Musayevİbad Musarza oğlunun meyitinin qalıqları Lənkəran rayonunagətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən"Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfnedilmişdi.

Trend xəbər verir ki, şəhidin nəşi rayonun Şağlasər kəndindəailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarınınəməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kəndqəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Musayev İbad Musarza oğlu 1994-cü il yanvarın26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedəndöyüşlərdə itkin düşmüş sayılırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
8
Mənbələr
Şərh ()
Bağla