AZ

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat prosesi başa çatıb

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik işin təşkili məqsədilə metodist seçimi fəaliyyətinə başlanılıb.

 

ARTİ-dən AzEdu.az-a bildirilib ki, bu məqsədlə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili dövlət dili, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat (tədris dili), riyaziyyat fənn müəllimləri “Müasir metodist” müsabiqəsində iştirak etməyə dəvət olunublar. Ümumilikdə isə 1070 nəfər müəllim müsabiqədə iştirak etmək üçün müraciət edib.

 

Bu müsabiqədə sertifikatlaşdırma test imtahanının nəticələrinə əsasən müəyyən bal toplayan müəllimlər iştirak etmək imkanına malikdirlər. Ümumiyyətlə, metodik işin effektiv təşkil edilməsi üçün müəllimin metodistlik fəaliyyətində mühüm hesab edilən müəyyən kompetensiyalara malik olması əhəmiyyət kəsb edir. Bu məqsədlə müsabiqə bir neçə mərhələdən ibarət olaraq keçirilir. Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi artıq yekunlaşıb.

 

Növbəti mərhələ müsahibə mərhələsidir. Müəyyən tələblərə cavab verən müəllimlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanına malikdirlər. Müsahibənin keçirilməsi müəllimlərin fəaliyyətləri ilə ilkin tanışlıq məqsədini daşıyır. Müsahibə prosesində müəllimlərin qiymətləndirilmə meyarları aşağıdakılardır:

-Özünü təqdimetmə
-Dərsin planlaşdırılması
-Metodiki və pedaqoji savadlılıq
-Liderlik bacarığı
-Problem həlletmə bacarığı
-Əməkdaşlıq bacarığı
-Ünsiyyət bacarığı
-Peşəkar inkişaf

 

Müəllimlərdən qeyd olunan meyarlara əsasən verilən suallara cavab, müxtəlif situasiyalarda problemin həlli, ünsiyyətin qurulmasında effektiv və aktiv iştirakı gözlənilir.

 

Müsahibə mərhələsinin 2024-cü ilin may ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Müsahibədən müvəffəqiyyətlə keçən müəllimlər müsabiqənin növbəti “Metodistlik fəaliyyətinə hazırlıq” mərhələsinə keçmək imkanı qazanacaqlar.

 

Metod

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33158
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23957
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18514
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11091
Helikopterin qalıqları tapılıb
10797
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7647
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6264
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5619
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4540
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3252
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2782
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2098