AZ

COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır - “The Standard”

Bakı. Trend:

Bu ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşanAzərbaycan tarixi anın astanasındadır. Biz bu məsuliyyəti təkcəbeynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi kimideyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətlidəyişikliklərin aparılması üçün əlverişli fürsət kimi görürük.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycanın Keniyadakı səfiriSultan Hacıyevin “The Standard” qəzetində dərc olunan məqaləsindəyer alıb.

Məqalədə bildirilib ki, Azərbaycanın yanaşmasının mərkəzindəinklüzivlik prinsipi dayanır. COP29 yalnız seçilmiş insanlar üçündeyil, burada hamımızın iştirakı nəzərdə tutulur. Müxtəlifqruplardan olan insanların fikirlərinin və imkanlar barədətəkliflərinin eşidilməsini və onlara hörmət olunmasını təminetməklə biz daha güclü tərəfdaşlıqlar qura və iqlim dəyişikliyi iləmübarizədə təkbaşına bacardığımızdan daha səmərəli nəticələr əldəedə bilərik.

COP28-də xüsusilə maliyyə, uyğunlaşma və iqlimlə bağlı itki vəzərərlərin aradan qaldırılması kimi sahələrdə əldə edilmişirəliləyişlərə toxunan səfir vurğulayıb ki, qarşıda görüləsi çox işvar. İnkişafa yönəlmiş ənənəvi dəstək çox mühüm olsa da, iqlimləbağlı fəaliyyətin artan maliyyə tələblərini ödəmək üçün kifayətetmir: “Beynəlxalq birlik olaraq, iqlimlə bağlı çağırışlarınsəmərəli həlli üçün yanaşmamızda və düşüncə tərzimizdə əsaslıdəyişiklik etməyimiz həqiqətən vacibdir. Azərbaycanın atdığı mühümaddımlardan biri 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili”elan etməsidir. Bu qlobal mübarizəyə sadiqliyimizi vurğulamaqlayanaşı, həm də milli, regional və beynəlxalq səviyyələrdətərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə diqqətimizifokuslayır”

Səfir onu da bildirib ki, COP29 sədrliyinin danışıqlar üzrəkomandası kollektiv fəaliyyətin uğur qazanmaq üçün çox vacibolduğunu dərk edərək, müxtəlif tərəfdaşlar və danışıqlar qruplarıilə fəal şəkildə əməkdaşlıq edir: “Biz öz fəaliyyətimizdə QlobalCənub və Qlobal Qərb arasında fikir ayrılıqlarını aradan qaldırmağaçalışırıq. COP29 tarixən məhdud əlaqələrə və tərəfdaşlıqlara malikolan ölkələri bir araya gətirməklə effektivliyi gücləndirən vəinteqrasiya rolunu oynayan faktor olmalıdır.

Buna misal olaraq Azərbaycan ilə Keniya arasında inkişaf edəntərəfdaşlıq münasibətlərini göstərmək olar. Keçmişdə ölkələrimizarasında yaxşı münasibətlər olsa da biz xüsusilə Keniyanın iqlimdəyişikliyinin həllindəki mühüm rolu fonunda əməkdaşlığımızımöhkəmləndirməyin zəruriliyini dərk edirik. Məhz buna görə dəCOP29-un prezidenti Muxtar Babayev martda BMT-nin Ətraf MühitAssambleyası çərçivəsində Prezident Ruto ilə görüşüb”.

“COP29 və ya BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA-6) buyaxınlarda keçirilmiş altıncı sessiyası kimi tədbirlər dünyadövlətlərinin ətraf mühitin mühafizəsi sahəsində səylərinikollektiv şəkildə necə əlaqələndirə biləcəyinə dair mühümnümunələrdir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qlobal ekolojigündəliyin irəli aparılmasında göstərdiyi liderlik təqdirəlayiqdirvə biz bu dinamikanı davam etdirməliyik. COP28-də irəli sürülən vəCOP28, COP29 və COP30-un sədrliklərini özündə birləşdirən “Üçlük”mexanizmi belə bir dinamikanın qorunub saxlanmasının təminedilməsində çox mühüm nailiyyətdir. Ancaq bu, sadəcə Keniya vəAzərbaycan üçün bir missiya deyil.

İnkişaf etmiş ölkələr Keniyanı və ümumilikdə Afrikanın iqlimdəyişikliyi sahəsində səylərini artırmaq üçün maliyyələşdirməyə,texnologiya transferinə və bacarıqların artırılmasına dəstəyə dahaçox çıxış əldə etmək məqsədilə daha çox iş görərək töhfəverməlidir. Əgər biz qlobal temperatur artımının 1,5°C dərəcəyəqədər məhdudlaşdırmağa nail olmaq istəyiriksə, qəbul etməliyik ki,belə bir mürəkkəb problemin həlli zamanı kompleks yanaşma tətbiqedilməlidir”, – deyə Azərbaycan səfiri məqaləsində vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22717
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12017
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11275
Helikopterin qalıqları tapılıb
8428
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7859
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6822
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5092
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4160
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3658
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3496
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2753
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2239
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1553
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1320