AZ

“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”

“Hesab edirəm ki, hələlik bu, Rusiya-Ukrayna savaşı kimi, bir-birini tükəndirmə döyüşləri ilə  davam edəcək... Və görünən odur ki, heç bir tərəf bu müharibənin daha da böyüməsini, geniş miqyas almasını istəmir...”
 
“Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatları tamamilə qanunsuzdur. Bu, bəllidir və özünü Rusiyanın lideri sayan Putin öz ölkəsini ikinci bir Əfqanıstan bataqlığına salıb. Bununla da Əfqanıstan bataqlığı Sovet İttifaqının sonunu gətirdiyi kimi, Ukrayna bataqlığı da Rusiyadakı Putin rejiminin və bəlkə də bütövlükdə Rusiya imperiyasının sonunu gətirəcək”. 
Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı “Rusiyanın Ukraynanın işğalını inadla davam etdirməsi 3-cü Dünya savaşının baş vermə ehtimalını artırırmı?” sualını cavablandırarkən ifadə edib.
 
“Düşünürəm ki, Putinin Ukraynaya  təcavüzünün davam edəcəyi təqdirdə İkinci Dünya müharibəsi kimi bir total savaş başlamasa da, bütün hallarda planetdə, bəşəriyyətdə bir cəbhələşmə başlayıb. Belə ki, bir yanda Qərb dövlətləri başda olmaqla Ukrayna tərəfdarları, digər cəbhədə isə Rusiya və ona açıq-gizli yardım edən bir neçə ölkə. Düzdü, təhlillər aparanda qlobal savaş təhlükəsi görünür. Ancaq hesab edirəm ki, hələlik bu, Rusiya-Ukrayna savaşı kimi, bir-birini tükəndirmə döyüşləri ilə  davam edəcək... Və görünən odur ki, heç bir tərəf bu müharibənin daha da böyüməsini, geniş miqyas almasını istəmir. Həmçinin müxtəlif üsullarla savaşın dayandırılması təkliflərini irəli sürürlər. Xülasə, Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ ki görünmür”,- deyə davamında siyasi şərhçi vurğulayıb.
 
S.Laçın
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15568
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11794
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9550
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3522
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2981
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2878
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2661
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2316
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1948
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1858
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1297
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
960
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
893
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
877
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
857
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
832
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
769
Mayın ilk gününün havası açıqlanıb
744
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721