AZ

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adınaAkademiyasında (Akademiya) Ulu Öndər Heydər Əliyevin anadanolmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarıvə müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransıkeçirilib.

Trend xəbər verir ki, tədbirdə ölkənin xüsusi təyinatlı alitəhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətiilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri ZiyafətƏsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirakediblər.

Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər ƏliyevinAkademiyanın ərazisində ucaldılan abidəsini ziyarət edib, önünə güldəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramlaanıblar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider HeydərƏliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazibütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarınınəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himnisəsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnikElşad Nəsirov bu il may ayının 10-da müasir Azərbaycanın memarı vəqurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ciildönümünün tamam olduğunu diqqətə çatdırmış, milli dövlətçilikənənələrimizin yenidən bərqərar edilməsi və ölkəmizdə demokratikprinsiplərə əsaslanan hüquqi dövlətin qurulmasının məhz ÜmummilliLiderin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin doğma Vətənivə xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbətaçıb.

Ardınca Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuşvideoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyailə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək UluÖndərin düşünülüb və uzaqgörən siyasəti nəticəsində ölkəmizingələcək inkişaf perspektivlərinin müəyyənləşdiyini və Azərbaycandahüquqi dövlət quruculuğu strategiyasının müvəffəqiyyətləreallaşdığını vurğulayıb, dahi rəhbərin müstəqil respublikamızınilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərginəməyindən bəhs edib.

O bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquqiislahatlar bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrikrəhbərliyi ilə uğurla davam etdirilir.

Sonra digər natiqlər - Milli Məclisin deputatı Etibar Əliyev vəDövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidmətigeneral-mayoru Qulu Novruzov Ulu Öndər barədə öz çıxışlarını edib,belə bir konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq, butədbirin Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlikirsinin təbliği baxımından önəminə toxunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
23
Mənbələr
Şərh ()
Bağla