AZ

Naxçıvanda vəkillərin sayı 29 nəfərə çatıb (FOTO)

Bakı. Trend:

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK)və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının (NMRVK)təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında (MR) “Blokadaşəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insanhaqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyənamizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Trend xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin 101illiyi və Naxçıvan MR-in 100 illiyinə həsr olunub.

Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətlinümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov, onunbaşçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər vədigər dövlət rəsmiləri iştirak ediblər.

Konfransdan əvvəl nümayəndə heyəti Ulu Öndər Heydər ƏliyevinNaxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, xatirəsiniehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyinə gedən qonaqlarÜmummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil vəeksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olançoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvanmərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ÜmummilliLiderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib.

Prezidentin səlahiyyətli nümayəndəsi F.Nəcəfli çıxış edərəkbildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasifəaliyyətinin bütün dövrlərində qanunun aliliyinə strateji məsələkimi yanaşıb, hüquq sistemində işlək və çevik mexanizmlər tətbiqolunub, ədalət mühakiməsinin səmərəliliyinə və insan hüquqlarınınetibarlı təminatına nail olunub. O, müstəqillik dövründə UluÖndərin rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanantəkmil qanunvericilik bazasının formalaşdırıldığını, hüquqtəsisatlarının səmərəli fəaliyyətinə nail olunduğunu deyib.

F.Nəcəfli qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlhamƏliyev 100 illiyini qeyd etdiyimiz Naxçıvan MR-də də hüquqtəsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsiişini diqqət mərkəzində saxlayır, ardıcıl islahatlar həyatakeçirilir. Ölkə Prezidentinin qayğısı ilə 2006-cı ildə müvəkkiltəsisatı formalaşdırılıb, həmçinin 2008-ci ildə NMRVK təsis edilib.Muxtar respublikada hüquq institutlarının elektron xidmətlərgöstərməsi təmin olunub və hazırda MR-də “Elektron məhkəmə”,“Elektron notariat” və digər xidmətlər uğurla tətbiq edilir.

F.Nəcəfli nəzərə çatdırıb ki, ötən 30 ilə yaxın bir dövrdəNaxçıvan MR-də dövlət tərəfindən əlverişli şərait yaradılmasına vəmaddi-texniki təminatın yaxşılaşdırılmasına baxmayaraq, ədalətmühakiməsinin və insan haqlarının qorunması sahəsində nöqsanlara dayol verilib. Vətəndaşların mülkiyyət hüquqlarının pozulması və bukimi hallara hüquq-mühafizə orqanlarında və məhkəmələrdə laqeydyanaşılması, cinayət qanununun normalarının düzgün tətbiqedilməməsi, sübutların tam və hərtərəfli qiymətləndirilməməsi kimiciddi hüquq pozuntuları qeydə alınıb. Hazırda dövlət başçısınıntapşırıqlarına uyğun olaraq, bu istiqamətdə sistemli tədbirlərgörülür. Xüsusilə aparılan kadr islahatları muxtar respublikadahüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarınınmüdafiəsi işində yeni mərhələnin əsasını qoyub.

Açılış nitqi ilə çıxış edən ARVK-nın sədri A.Bağırov qonaqlarısalamlayaraq konfransın işinə uğurlar arzulayıb, Naxçıvan MR-intarixindən danışıb. Ulu Öndərin xalqın qətiyyətli təkidi iləyenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik,ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəridəyərləri təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunubildirən sədr ölkəmizdə insan hüquq və azadlıqlarının təmini,onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlaratıldığını dilə gətirib.

A.Bağırov bu addımların başında məhkəmə-hüquq sahəsində aparılanmütərəqqi islahatların yer aldığını, 1995-ci ildə ümumxalqsəsverməsi ilə Konstitusiyamızın qəbul olunduğunu və Konstitusiyadablokada şəraitində olan Naxçıvanın muxtariyyət statusu bir daha özəksini tapdığını nəzərə çatdırıb.

Kollegiya sədri vurğulayıb ki, bütün bu fəaliyyətin məntiqidavamı olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunimzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil,hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimiformalaşıb və həmin dövrdə qəbul olunan prosessual qanunvericiliyəəsasən vəkillik çəkişmə prinsipi çərçivəsində prosesinbərabərhüquqlu peşə birliyinə çevrilib.

Sədr nəzərə çatdırıb ki, Heydər Əliyevin əsas olaraq müəyyənetdiyi fəaliyyət istiqamətləri Prezident cənab İlham Əliyev vəBirinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehribanxanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalqmünasibətlərin inkişafı tam təmin edilib. Ali Baş Komandan cənabİlham Əliyev tərəfindən 2020-ci ilin sentyabrından başlayaraq 44günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayındaantiterror əməliyyatları nəticəsində Azərbaycan hakimiyyətinindövlətimizin bütün ərazisində bərpa edilməsi təmin olunub. Eynizamanda Qazaxın 4 qeyri-anklav kəndi qan tökülmədən işğaldan azadedilib. Hazırda Azərbaycan müzəffər xalq kimi beynəlxalq müstəvidəyeni uğurlu əməkdaşlıqlar qurur, COP29 kimi nüfuzlu tədbirə evsahibliyi edir.

Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, habeləMR-in blokada şəraitində yaşamasına baxmayara, burada da insanhüquq və azadlıqlarının hər zaman yüksək səviyyədə təmin edildiyinisöyləyən A.Bağırov son illər muxtar respublikada vəkilliyintarixindən, inkişafından və getdikcə artan nüfuzundan, o cümlədəndigər bir sıra önəmli məsələlər barədə konfrans iştirakçılarınaməlumat verib.

Eyni zamanda sədr şəxslərin yüksək keyfiyyətli hüquqi yardımaçatımlılığını təmin etmək, habelə müasir İKT-dən istifadəni daha daartırmaq məqsədilə Naxçıvanda fəaliyyət göstərən vəkillər üçün"Elektron vəkil kabineti"nin imkanları və elektron məhkəmədənistifadə, elektron müraciət qaydaları mövzularında təlimlərintəşkil olunduğunu bildirib.

Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna vətitanik fəaliyyətinə həsr olunan film, o cümlədən son illərNMRVK-nın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Eyni zamanda tədbirdə III "Yüksəliş" müsabiqəsinin qalibiİbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusundatəqdimatla çıxış edib. Təqdimatda Naxçıvan MR-in rəsmisosial-iqtisadi göstəriciləri digər regionlarla müqayisəli şəkildədiqqətə çatdırılıb.

O həmçinin Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində GZİT təhlilivə əsas istiqamətlər üzrə maraqlı məqamları vurğulayıb, xüsusiləturizm göstəricilərini təhlil edib. Son olaraq bənzər stratejimövqeyə sahib bəzi qlobal regionlardan müqayisəli göstəricilərtəqdim olunaraq potensial inkişaf yolları qeyd edilib.

Həmçinin mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarındanmüvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərinandiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın DövlətBayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünəqəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlardaiştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğurqazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andıiçib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını vəicbari təlimi uğurla başa vuran 9 namizəd vəkil andı içərəkNMRVK-ya qəbul olunublar. Beləliklə, Azərbaycanda vəkillərin sayı2463 nəfərə, Naxçıvanda isə 29 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 8 nəfərikişi, 1 nəfəri isə qadındır. Bununla da Azərbaycanda qadınvəkillərin sayı 473 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkiletməkdədir.

Tədbirdə ARVK Rəyasət Heyətinin qərarına əsasən, Naxçıvan MR-dəvəkilliyin inkişafına verdiyi töhfələrə görə F.Nəcəflinin ARVK-nın"Fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkilmantiyası Prezidentin səlahiyyətli nümayəndəsinə təntənəli surətdətəqdim olunub. Həmçinin F.Nəcəfli “Azərbaycan vəkilliyinin 100illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcəkfəaliyyətində uğurlar arzulanıb.

Sonra Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxışedərək 1993-cü ildə Ulu Öndərin xalqın istəyi ilə Azərbaycanaqayıdışı və islahatların aparılması, müstəqilliyimizin təhlükəaltına düşməsinin qarşısını alması, xalqımız üçün misilsizxidmətlər göstərməsi barədə vurğulayıb. O, Ulu Öndərin 17 iyun1999-cu il tarixli Fərmanına əsasən, Naxçıvan MR Ali Məhkəməsininhakimlərinin sayının 14 nəfər müəyyən olunduğunu və 2000-ci ilinsentyabrından 2003-cü ilin yanvarınadək məhkəmə hakim heyəti ilətam komplektləşdirildiyini xatırladıb.

Sədr bildirib ki, Naxçıvan MR-də fəaliyyət göstərən məhkəmələrinfəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasındamuxtar respublikada hüquq institutlarının inkişafı haqqındaAzərbaycan Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanınınböyük rolu olub, MR-də hakimlərin, məhkəmə aparatı işçilərininkeyfiyyətli və səmərəli fəaliyyət göstərməsi üçün zəruri şəraityüksək səviyyədə təmin edilir.

Naxçıvan MR-in prokuroru Sənan Paşayev çıxışında 2022-ci ilinsonları 2023-cü ilin əvvəlindən başlayaraq muxtar respublikadadigər təsisatlarla yanaşı, hüquq təsisatlarında da əhəmiyyətlistruktur və kadr islahatlarının həyata keçirildiyini, buislahatların əsas məqsədi şəffaflığın artırılması, insan hüquq vəazadlıqlarının daha operativ və səmərəli şəkildə qorunması, dahaçevik idarəçilik mexanizminin formalaşdırılmasına yönəldiyinivurğulayıb. O, bu istiqamətdə artıq müsbət nəticələr əldə edilməkdəolduğunu və artıq MR-də sabit istintaq təcrübəsi, məhkəmə təcrübəsiformalaşdığını bildirib. Təxminən bir il əvvəl məhz VəkillərKollegiyasının təşkil etdiyi tədbirdə müzakirə olunan məsələlərləbağlı müsbət addımlar atıldığını təqdirəlayiq hal hesab edənS.Paşayev MR-də vəkillərin sayının artırılmasının, yeni vəkilbürolarının yaradılmasının təmin edildiyini nəzərə çatdırıb. Bu dadigər sahələrlə yanaşı, cinayət mühakimə icraatında şəxslərinoperativ şəkildə vaxtında və daha etibarlı hüquqi yardımla əhatəolunmasına imkan yaradıb.

Naxçıvan MR ədliyyə nazirinin müavini və nazir vəzifələrinimüvəqqəti icra edən Hüseyn Səfərov çıxışında Ulu Öndər HeydərƏliyevin həyat və fəaliyyətinin Naxçıvanın inkişafı ilə sıx vəhdəttəşkil etdiyini, Ümummili Liderin fəaliyyətinin bütün dövrlərindədoğma diyara xüsusi diqqətlə yanaşdığını, onun hərtərəfli inkişafınaminə əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan MR-də dəPrezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni müasir inkişafdövrünü yaşadığını bildirən nazir müavini bütün sahələrdə mütərəqqiislahatların həyata keçirildiyini dilə gətirib.

ARVK-nın tarixinə, fəaliyyətinə, son illər görülən işlərinə, ocümlədən vəkillik institutunun bugünkü inkişaf dövrünə toxunanH.Səfərov Ədliyyə Nazirliyi ilə Kollegiya arasında qarşılıqlıfəaliyyətin uğurla həyata keçirildiyini qeyd edib. O, ƏdliyyəAkademiyasında vəkillərin və vəkilliyə namizədlərin hazırlanması,ixtisasının artırılması, paytaxtda və bölgələrdə vətəndaşlar, eləcədə penitensiar müəssisələrdə saxlanılan şəxslər üçün Qadın VəkillərAlyansı və digər vəkil bürolarının vəkillərinin iştirakı iləödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsinin səmərəliəməkdaşlığın əyani göstəricisi olduğunu nəzərə çatdırıb.

Eyni zamanda mərasimdə “Elektron vəkillik" Komitəsinin sədriNihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrinizahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektronvəkil sorğusuna digər qurumların inteqrasiyası vəqanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Həmçinin “ProBono ChatBot” süni intellektin təqdimatı olub.

Qeyd edək ki, ARVK-nın sədri A.Bağırovun başçılıq etdiyinümayəndə heyətinin tərkibində sədr müavinləri - Pərviz Ələkbərov,Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri - Dilarə Əfrasiyabova,Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katibBayram Orucov, Vəkillərin İntizam Komissiyasının sədri CavidAlıyev, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev, həminKomitənin üzvü İlham Hüseynov, o cümlədən III "Yüksəliş"müsabiqəsinin qalibi İ.Məmmədzadə təmsil olunub.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17299
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12453
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9943
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4094
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3677
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3169
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2982
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2205
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1548
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
872
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777