AZ

Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb

Dövlət
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb. Komitədən 1news.az-a bildirilib ki, Türkiyənin İzmir şəhərində keçirilən, Türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində iştirak edib. Festival iştirakçılarının diqqətinə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini Prezident İlham Əliyev daim diqqətdə saxladığı, bununla bağlı məsələlər dövlət siyasətinin prioritetləri sırasında olduğu çatdırılıb. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdən olduğu qeyd edilib. Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər “Səssiz şahidlər: türk boylarına səyahət” adlı festivalın ilk günün təşkil edilən sərgidə nümayiş olunub. Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.

Qeyd edək ki, film festivalında iştirak üçün ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38923
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19298
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14720
Abdullahianın cəsədi tapıldı - FOTO
12446
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3459
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397