AZ

Florida məhkəməsi Donald Tramp barəsində prosesin başlanmasını təxirə salıb

Bakı. Trend:

ABŞ-də Florida ştatının Federal Dairə Məhkəməsinin hakimi EylinKennon Birləşmiş Ştatların prezidenti vəzifəsindən gedəndən sonraməxfi sənədlərin qanunsuz saxlanılması ittihamı ilə Donald Trampbarəsində məhkəmə prosesinin başlannmasını qeyri-müəyyən müddətətəxirə salıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatyayıb.

Bildirilib ki, daha öncə prosesin mayın 20-də başlanacağı barədəməlumat verilsə də, həm ittihamçı, həm də müdafiə tərəfləri etirafediblər ki, iclası təxirə salmaq lazımdır.

\2022-ci ilin avqust ayında Federal Təhqiqat Bürosu (FTB) DonaldTrampın Floridadakı Mar-a-Laqo malikanəsində apardığı axtarıştədbirləri zamanı içərisində məxfi sənədlərin olduğu 11 ədəd qutuaşkar edərək götürüb. Tramp prezident postunu tərk edərkən həminsənədləri Milli arxivə təqdim etməli idi, lakin bunu etməyib.

Qeyd edək ki, cari ilin fevral ayında ABŞ-nin keçmiş prezidentiDonald Tramp məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edildiyicinayət işi üzrə qapalı dinləmələrdə iştirak edib. Tramp millimüdafiə məlumatlarını qeyri-qanuni olaraq saxlamaq, ədalətə maneolmaq üçün əlbir olmaq və yalan bəyanatlar vermək ittihamları üzrəözünü təqsirli bilməyib.

Hakim Kennon məhkəmə sənədində yazıb ki, Trampın vəkillərimüdafiə strategiyalarını və məxfi məlumatların müdafiəyə nədərəcədə uyğun və ya faydalı ola biləcəyini ətraflı müzakirə etməyəhazır olmalıdırlar. Trampın iki əməkdaşına - əmlak meneceri Karlosde Oliveyra və şəxsi köməkçi Valtin Nautaya qarşı da ittiham irəlisürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla