AZ

Əli Əsədov Rəcəb Tayyib Ərdoğanla görüşüb (FOTO)

Bakı. Trend:

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan RespublikasınınBaş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının PrezidentiRəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Trend xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlhamƏliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcəkCOP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunuPrezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq vəmüttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafındanməmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlifistiqamətlərdə perspektivləri müzakirə edilib.

Əli
Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
22
Mənbələr
Şərh ()
Bağla