AZ

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Bakı. Trend:

Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsindəiştirakını dayandırır.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın"Katimerini" qəzetinə müsahibəsində deyib ki, Ermənistan faktikiolaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)iştirakını dondurub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizimqiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısındatəhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzindəyerinə yetirməyib”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından ErmənistanınKTMT-də daimi nümayəndəsi yoxdur.

"Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. BizKTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda daiştirak etmirik", - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
2
Mənbələr
Şərh ()
Bağla