AZ

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bakı, 8 may, AZƏRTAC

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ulu Öndərin işığında” adlı kitabın təqdimatı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” kitabında Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, Azərbaycan xalqı yeni əsrə məhz Heydər Əliyevin parlaq zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Müstəqil Azərbaycanımızı quruyub saxlamaq hər bir gəncin və hər bir azərbaycanlının vətəndaş vəzifəsidir. Bu baxımdan Heydər Əliyev irsinin təbliğ olunması və gələcək nəsillərə ötürülməsi vacib məsələdir.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli kitabın gənc müəllifinin Ulu Öndərə olan sonsuz sevgisini qeyd edib. O, gənc müəllifin kitab təqdimatının məhz Respublika Uşaq Kitabxanasında keçirilməsinin əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin istedadlı yeniyetmələrə dəstək olduğunu bildirib. Belə istedadlı gənclər sayəsində gələcəkdə Azərbaycan ədəbiyyatının, poeziyasının, mədəniyyətinin, incəsənətinin daha da inkişaf edəcəyinə əminliyini dilə gətirib.

Təqdimatda çıxış edən digər qonaqlar istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açıblar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2115
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
763
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
618
Arda Gülər dayanmır, yenə fərqləndi -
590