AZ

Qusarda villa tikmək üçün ağaclar kəsilib? – Rəsmi açıqlama + FOTOLAR

Qusar şəhər meşəsində villa tikmək üçün ərazinin satılması ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, bunun üçün 4000-dən artıq ağac kəsilmək üçün işarələnib.

Artıq bəzi ağacların kəsildiyi, köklərindən çıxardılaraq meşənin içərisində gizlədildiyi, artıq tikinti işlərinə başlanıldığı bildirilib.

Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə saytımıza bildirib ki, sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb:

“Son günlər sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib. Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi  nəzarətə götürülüb”.

DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev də məsələ ilə bağlı açıqlama verib. DİN rəsmisi qeyd edib ki, qeyd olunan ərazidə aparılan bütün tikinti işləri dayandırılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, yayılan iddiada Qusar İcra Hakimiyyəti də ittiham olunur.







Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14705
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11476
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9318
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3214
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2672
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2533
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2447
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2211
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1873
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1253
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
846
Azərbaycan nefti ucuzlaşdı
841
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
796
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
761
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
720
Mayın ilk gününün havası açıqlanıb
646