AZ

Pentaqon Hind-Sakit Okean Komandanlığının rəhbərini dəyişdirib

ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığına artıq admiral Semuel Paparo rəhbərlik edir.

Herbiand.az Navy Times-ə istinadən bildirir ki, onun andiçmə mərasimi Havay adalarının Perl-Harbor şəhərindəki bazada baş tutub.

Admiral Paparo daha əvvəl ABŞ Sakit Okean Donanmasının komandiri vəzifəsində çalışıb. O, bu vəzifədə 2021-ci ildən komandanlığa rəhbərlik edən admiral Con Akilinonu əvəz edib.

Pentaqonun məlumatına görə, Paparonun tabeliyində bütün növ ordu birləşmələrindən 380 mindən çox ABŞ hərbi qulluqçusu var. Hind-Sakit Okean Komandanlığının məsuliyyət sahəsinə dünya əhalisinin yarıdan çoxunun yaşadığı 38 ölkə daxildir.

Admiral Paparo ABŞ Hərbi Dəniz Qüvvələrinin TOPGUN elit pilot məktəbinin məzunudur. Son Əfqanıstan kampaniyasında iştirak edib. 

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
50
Mənbələr
Şərh ()
Bağla