AZ

Bakı Slavyan Universitetində transdissiplinarlıq strategiyaları ilə bağlı tədbir keçirilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi  ilə “Tədqiqatçılar arasında transdissiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Bakı Slavyan Dövlət Universiteti universitet müəllimləri, gənc alimlər, doktorantlar və magistrlər üçün seminar keçirilib. Universitetin rektoru Anar Nağıyev tədbiri giriş sözü ilə açaraq layihənin əhəmiyyətindən danışıb. Rektor layihənin müasir bilik istehsalının dinamikası kontekstində institusionallaşma prosesini araşmasına diqqəti yönəldərək bunun müasir çağırışlardan irəli gəldiyini qeyd edib.

Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov bildirib ki, layihə on universitetdə reallaşdırılıb və ümumilikdə 960 nəfəri əhatə etməsi nəzərdə tutulsa da iştirakçıların ümumi sayı 1200-dən artıq olmuşdur. O bildirdi ki, layihə təkcə elmi tədqiqatçılar üçün deyil, təhsilverənlər və təsilalanlar üçün də mühüm əhəmiyyətə malikdir. 

Seminar iştirakçılarına fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığı üzrə transdisiplinarlıq strategiyaları, yeni biliklər istehsalında metod və vasitələr, strategiyalar barədə ətraflı biliklər verilib.

İştirakçılar eyni zamanda bilik istehsalının yeni üsulu ilə əlaqəli bir sıra xüsusiyyətlər - refleksivlik, transdissiplinarlıq, heterogenlik - onlar arasındakı əlaqələr və biliyin sosial münasibətlərdə dəyişən rolu ilə bağlı geniş məlumatlar əldə etmişlər. Həmçinin, tədbirdə bilik istehsalının yeni üsuluna xas olan metodoloji çətinliklər və bunun təhsil-elm siyasəti, beynəlxalq iqtisadi rəqabət, əməkdaşlıq və qloballaşma üçün təsirləri müzakirə olunub.

Müzakirələr şəraitində həyata keçirilən seminarlarda ekspert iştirakçıların suallarını cavablandırmış, seminar iştirakçılarına çap məhsulları paylanmış və sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, layihə 10 ali təhsil müəssisəsində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Bakı Mühəndislik, Azərbaycan Neft və Sənaye, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan, Azərbaycan Memarlıq və İnşaat universitetlərində həyata keçirilib.

 

herbiand.az

 



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23433
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16552
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16505
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10012
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5516
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5374
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4178
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3672
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2934
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1893
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1846
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741