AZ

“Ulu Öndərə ithaf” adlı musiqi axşamı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Cadenza Orkestrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu Öndərə ithaf” adlı musiqi axşamı keçiriləcək.
Birliyin Mətbuat xidmətindən herbiand.az-a məlumat verilib ki, tədbir 10 may, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 
Tədbirin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin gənc nəsilə öyrədilməsi, gənclərin yaradıcılığının stimullaşdırılması və musiqi mədəniyyətimizin təbliğinə nail olmaqdır.
Musiqi axşamında Cadenza Orkestri və gənc musiqiçilərin ifasında xarici və Azərbaycan bəstəkarlarının müxtəlif əsərləri təqdim olunacaq.
Görüşdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/6pxJG3NuX26BREFK6

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
3
Mənbələr
Şərh ()
Bağla