AZ

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin Elektron Xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şöbənin müdiri Vüsalə Rafiqqızı müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Ötən əsrin 60-70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin postsovet respublikaları arasında öz inkişafına görə ön sıralarda olduğunu qeyd edən şöbə müdiri Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin dövlət rəhbərliyində yüksək vəzifə tutan yeganə azərbaycanlı olduğunu xatırladıb. O, çıxışında, həmçinin ötən əsrin 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış siyasi xaos və Azərbaycan dövlətçiliyinə yaranmış təhdidlər, torpaqlarımızın işğalı haqqında da ətraflı danışıb.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanda siyasi böhranın aradan qaldırıldığını və ölkəmizin iqtisadi inkişaf yolu tutduğunu qeyd edən şöbə müdiri çıxışında Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə də toxunub.

Vüsalə Rafiqqızı Azərbaycanda seysmologiya elminin inkişafında, eləcə də ölkəmizdə ən müasir seysmik stansiyalar şəbəkəsinin quraşdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu haqqında da danışıb. Azərbaycanda seysmologiya elminin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük əməyinin olduğunu qeyd edən şöbə müdirinin sözlərinə görə, baxmayaraq ki, həmin dövrdə Azərbaycanın maliyyə imkanları elə də böyük deyildi, 2000-ci il 25 noyabr Bakı zəlzələsindən sonra Ulu Öndərin göstərişi əsasında ölkəmizə ən müasir seysmik cihazlar və stansiyalar alınıb. Yeni stansiyaların alınmasından sonra Azərbaycanda yeni seysmik stansiyalar şəbəkəsi yaradılıb və bu gün ölkəmiz aparılan seysmoloji tədqiqatların səviyyəsinə görə dünya ölkələri arasında ön sıralardadır. Vüsalə Rafiqqızı bu gün də Azərbaycanda seysmologiya sahəsinin inkişafının dövlət rəhbərliyinin diqqətində olduğunu deyib.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Vüsalə Rafiqqızı Ümummilli Liderin ən böyük arzularından birinin Qarabağı azad görmək olduğunu xatırladıb. “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. Əminəm ki, bu gün Ulu Öndərimizin də, şəhidlərimizin də ruhu şaddır”.

Daha sonra Elektron Xidmətlər şöbəsi tərəfindən hazırlanmış Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12139
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8677
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8622
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2396
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2093
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1902
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1549
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
961
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
736
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
479
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
389
Arda dubl etdi - VİDEO
385
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
379
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374