AZ

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Kosmik Cihazqayırma Təcrübi Zavodu yüksək məbləğdə cərimələnə bilər. 

Valyuta.az xəbər verir ki, Zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati iş başlanıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
6
Mənbələr
Şərh ()
Bağla