AZ

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ölkəmizdə elmi potensialın inkişafının müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Rektor bildirib ki, Ulu Öndərin sovet dövründə Azərbaycanına rəhbərlik etdiyi illərdə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi, ölkədə ümumi və ali təhsilin əhatə dairəsi genişləndirildi, fundamental elmi tədqiqatların həyata keçirilməsinə başlanıldı. Bu çoxşaxəli siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, elm və təhsil sahəsində davamlı islahatlar və yeniliklər həyata keçirilir.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov “Tarix yaradan və tarixi yazan Dahi”, “İki sahil” qəzetinin baş redaktoru professor Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycan mətbuatı”, ADPU-nun prorektoru professor Asəf Zamanov isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər.

ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədov məruzələr ətrafında çıxış edib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, riyaziyyat və təbiət elmləri üzrə Arəstə Həbibova və Eldar Muradlı II yerə, Ülviyyə Aslanova və Xumarə Qəhrəmanlı III yerə, humanitar, ictimai, pedaqoji-psixoloji elmlər üzrə isə Könül Həsənova və Sərxan Cəfərov I yerə, Aygün Kərimova isə III yerə layiq görülüblər.

Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23316
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
15931
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14530
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11437
Helikopterin qalıqları tapılıb
9739
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7192
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6707
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
5672
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5346
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5305
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4148
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4047
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3623
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2903
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2143
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1796
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1707
Azərbaycan nefti ucuzlaşdı
1681