AZ

Nyu-Yorkdakı Tayms Meydanı "dünyanın ən pis turist tələləri" reytinqinə başçılıq edir

Nyu-Yorkun məşhur Tayms Meydanı (Tayms-skver) "dünyanın ən pis turist tələləri" siyahısına başçılıq edir.

2024-cü ilin sonuna qədər Nyu-York şəhərinə 64,5 milyon turistin gələcəyi gözlənilir. Bu da 2019-cu ildə rekord göstərici olan 66,6 milyon turistdən bir neçə milyon azdır. Onların demək olar ki, hamısı zəmanətli halda ən azı Tayms Meydanını gəzirlər. Maraqlıdır ki, turistlər yeni sorğuya görə, bu meydana nifrət edirlər.

Onlayn dil öyrənmə platforması olan Preply dünyanın gəzməli yerləri olan 81 məkan haqqında ziyarətçilərin rəyini öyrənib - nə qədər bəyənirlər və ya nifrət edirlər.

Böyük Almanın ürəyi dünyanın "ən çox qiymətləndirilən turist tələsi" kimi ən pis nəticə göstərib.

Ziyarətçiləri məyus edən digər məkanlar Berlinin "Çarli" yoxlama-nəzarət məntəqəsi, Parisdəki Eyfel qülləsi, Los-Ancelesdəki Hollivud Şöhrət Zalı, Barselonadakı La Rambla piyada zonası, hətta İslandiyanın gözəl Mavi Laqunu reytinqlərdə aşağı nəticə qazanıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla