AZ

Avroittifaqdan sayca 2-ci ölkə azad rayonlarımızın bərpasına qoşuldu...

Image

Əli Orucov: “Macarıstandan sonra Slovakiyanın bu işə qoşulması bərpa prosesində yeni mərhələ aça bilər”

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Bu fikri Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

“Bu da, təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, - deyə dövlət başçısı bildirib.

Slovakiyanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpasında iştirakı çox önəmli hadisədir. Ona görə ki, Slovakiya bu işə töhfə verən ikinci Avropa İttifaqı dövlətidir. Bundan əvvəl Aİ üzvü olan Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına başlayıb. Bütövlükdə, iki Aİ dövlətinin azad edilmiş ərazilərin bərpasına cəlb olunması Azərbaycan diplomatiyasının uğurudur. Yəni qurumda müəyyən dairələr ölkəmizi qaralamağa çalışsalar da, dost ölkələr bu siyasətə alət olmur. 

“Bu kimi hallar bir müddət sonra Avroittifaqın sözügedən prosesə vəsait ayırmasına gətirib çıxara bilər” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, ümumən Aİ dövlətlərinin bu işə qoşulması müsbət tendensiyadır: “Hesab edirəm ki, Macarıstandan sonra Slovakiyanın bu işə qoşulması bərpa prosesində yeni mərhələ aça bilər. Düzdür, istər Macarıstan, istərsə də Slovakiya podratçı olaraq bərpa prosesinə qoşulub. Yəni Azərbaycanın ayırdığı vəsaitlər hesabına kəndləri yenidən quracaqlar. Buna baxmayaraq, bu kimi hallar bir müddət sonra Avroittifaqın sözügedən prosesə vəsait ayırmasına gətirib çıxara bilər. O mənada ki, qurumda Azərbaycana dost olan dövlətlər bunu gündəliyə gətirə bilərlər. O baxımdan bunu istisna etmirəm. Çünki işğaldan azad edilmiş ərazilərdə dağıntıların miqyası həddən ziyadə böyükdür. Bərpa prosesi təkcə Azərbaycanın hesabına olsa, bu həm böyük vəsait, həm də uzun vaxt deməkdir. O üzdən, yaxşı olardı ki, Avropa İttifaqı buna öz töhfəsini versin. Əfsuslar olsun ki, qurumun böyük iqtisadi imkanlara sahib olan ölkələri hələ bu işə töhfə vermirlər. Halbuki, həmin dövlətlərin imkanları genişdir. Ola bilsin ki, Avroittifaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir. Sülh sazişindən sonra hər iki tərəfə maliyyə yardımı göstərilə bilər. Baxmayaraq ki, işğal dövründə Azərbaycan dağıntılara məruz qalıb. Bir sözlə, bu istiqamətdə bütün imkanlarımızı səfərbər etməliyik”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33760
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23994
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18595
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14792
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11443
Helikopterin qalıqları tapılıb
10849
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6285
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5637
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4549
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3275
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2869
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2302
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2162