AZ

Faşizm üzərində qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub -RƏY

Faşizm

Bakı, 8 may, AZƏRTAC

Mayın 9-u Faşizm üzərində Qələbə Günüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında tarixi qələbə və onun əldə edilməsində Azərbaycan xalqının rolundan bəhs edib: “Bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsi olan faşist Almaniyasına qarşı müharibə bir neçə qitə və onlarla ölkəni əhatə edib, milyonlarla insanın həyatına son qoyub. Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıq nümayiş etdirərək mübarizənin taleyinə həlledici təsir göstərdi. Xalqımızın 640 mindən çox övladı İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak edib və onların 300 mini bu mübarizədə qəhrəmancasına həlak olub. Müharibədə Azərbaycanın milli diviziyaları qəhrəmanlığı ilə böyük şöhrət qazanıb, faşist işğalı altında olan onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad olunmasında fəal iştirak edib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur”.

Respublika Veteranlar Təşkilatının sədr müavini, İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin böyük rolu olduğunu vurğulayaraq bildirib: “1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilib. 300-dən çox mühüm ixtira işlənib və istehsalata tətbiq olunub. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlanılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub. Bu da SSRİ-də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya qumbaraatanı istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış iki dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı.

Müharibə dövründə respublikamızdakı müəssisələr 1419 min şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər olunmuşdu. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41 609 litr qan göndərildi, 7 229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149 170 vətəndaşı donor oldu”.

Polkovnik həmyerlilərimizin döyüş meydanlarında göstərdiyi igidlikdən danışarkən deyib: “Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak edib.

Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak edib, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşüb. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü yalnız bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını alıb, onları azad edib. Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur”.

O, rəhbərlik etdiyi təşkilatın müharibədə rəşadət göstərən igid həmyerlilərimizin xatirəsinin xarici ölkələrdə əbədiləşdirilməsi barədə danışarkən bildirib: “Yalnız postsovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində döyüşən azərbaycanlıların adını əbədiləşdirməyə çalışırıq. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir. Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Bu sahədə səylərimizi davam etdiririk. Təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var”.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22727
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12074
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11281
Helikopterin qalıqları tapılıb
8441
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7863
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6822
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5096
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4182
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3660
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2755
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2290
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1557
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1320