AZ

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

Bakı, 8 may, AZƏRTAC

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib. Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Məlumata əsasən, ilkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və GPS qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb. Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22740
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12134
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11289
Helikopterin qalıqları tapılıb
8453
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7863
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5100
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4188
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3665
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2759
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2323
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1557
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1321
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320