AZ

Avroparlamentin deputatları 8 milyon avrodan çox "levı pul" qazanır- yeni qalmaqal...

Image

Qulamhüseyn Əlibəyli: “Bu o deməkdir ki, həmin deputatlar rüşvətə qurşanıb və lobbi təşkilatların girovuna çevriliblər”

“Transparency International” təşkilatı Avropa İttifaqını Avropa Parlamenti üzərində nəzarəti gücləndirməyə çağırıb. Qurum bunu onunla əsaslandırır ki, Avropa Parlamentinin deputatlarının bir çoxu Brüssel siyasətinə təsir etməyə çalışan şirkətlərdə yaxşı gəliri olan vəzifələr tutur. Bununla da həmin deputatlar bu yolla Avropa Parlamentinin qərarlarına, Avropa İttifaqınının siyasətinə təsir etməyə çalışırlar.

“Transparency International” təşkilatının dərc etdiyi hesabata görə, Avropa Parlamentinin deputatları, Brüssel siyasətinə təsir etməyə çalışan özəl şirkətlər də daxil olmaqla, belə "yan işlərdən" ildə 8,6 milyon avrodan çox pul qazanırlar. Məlumatlara görə, 705 millət vəkilinin üçdə ikisindən çoxu Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır. Tədqiqat müəyyən edib ki, bəzi hallarda Avropa Parlamentinin üzvləri əsas işləri ilə yaxından əlaqəli olan korporasiyaların direktorlar şuralarında otururlar və Avropa Parlamenti ilə müqayisədə daha çox qazanırlar. Düzdür, Avropada qanun deputatın şirkətdə işləməsini qadağan etmir. Ancaq həmin şirkətlər elə şirkətlərdir ki, onlar Aİ-nin siyasətinə təsir göstərirlər. Hətta Rusiya ilə gizli maliyyə əlaqələri olan şirkətlərdə işləyən deputatlar var. Bütün bunlar çox təhlükəli tendensiyadır. Görünən odur ki, AP-də maliyyə maxinasiyaları bir sistemdir.

“Halbuki, Avroparlament ümumavropa maraqlarından çıxış etməli idi” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, məlum araşdırmalar ümumiyyətlə Avropa İttifaqında real vəziyyəti qiymətləndirmək üçün kifayət qədər əsaslı dəlillər yaradır: “Xüsusən də Avropa Parlamenti ilə bağlı. Heç kəsə sirr deyil ki, Avroparlament üzvlərinin əksəriyyəti bu və ya digər lobbi təşkilatlarının, o cümlədən, böyük şirkətlərin təsiri altında fəaliyyət göstərirlər. Azərbaycan dəfələrlə bunun şahidi olub. Yəni Azərbaycanla bağlı məsələlərdə müxtəlif lobbi təşkilatlarını, yaxud da şirkətləri təmsil edən deputatlar daha çox fəallıq göstərirlər. Məqsəd də o olub ki, Azərbaycana qarşı bu və ya digər qərarlar qəbul olunsun. Deməyim odur ki, Avropa Parlamentində qərarların qəbulu mexanizmi ayrı-ayrı şirkətlərin, lobbi təşkilatlarınin əlindədir. Bu o deməkdir ki, həmin deputatlar rüşvətə qurşanıb və lobbi təşkilatların girovuna çevriliblər. Bu dərəcədə bir biabırçı vəziyyət yaranıb. Halbuki, Avroparlament ümumavropa maraqlarından çıxış etməli idi. Bütün Avropanın maraqlarını təmsil edən bir qurum kimi fəaliyyət göstərməli idi. Ancaq Avroparlamentdəki deputatların böyük əksəriyyəti həmin şirkətlərdə çalışdıqları üçün öz fərdi maraqlarını daha çox təmsil etməyə çalışırlar. Daha çox təmsil etdikləri, vəzifədə olduqları Avropa şirkətlərinin maraqlarını təmsil etməyə çalışırlar. Bu da ümumilikdə parlament etikasına, bu təsisat haqqında təsəvvürlərə ziddir. Çünki Avropa maraqları ilə ayrı-ayrı şirkətlərin maraqları bir sıra hallarda toqquşur. Belə olan halda həmin deputatlar böyük şirkətlərin əlində alətə çevrilirlər. Şübhəsiz ki, bütün bunların müqabilində onlara ödənişlər edilir. Bu baxımdan hesab edirəm ki, Avroittifaqda müəyyən yenilənmələr olmalıdır, mexanizmlər formalaşmalıdır. Yoxsa qurum ciddi problemlərlə üzləşəcək”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33188
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23961
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18518
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11093
Helikopterin qalıqları tapılıb
10800
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7647
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6266
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5619
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3253
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2789
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2100