AZ

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Moskvada

Bakı, 8 may, AZƏRTAC

Moskvada Rusiya Prezidentinin iştirakı ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasının 10 illiyinə həsr olunmuş sammit keçirilir. Bu, Vladimir Putinin yeni, beşinci prezidentlik dövründəki ilk beynəlxalq görüşdür.

AZƏRTAC xəbər verir ki, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri iştirak edirlər. Sammitə Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edir.

Rusiya Prezidenti Vladimir Putin, Aİİ-nin Ali İqtisadi Şurasının dar tərkibdə iclasında bildirib ki, Avrasiya İqtisadi İttifaqındakı hesablaşmaların 90 faizindən çoxu milli valyutalarda aparılır. Onun sözlərinə görə, 10 il ərzində Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi ÜDM-i 1,6 trilyondan 2,5 trilyon dollara yüksəlib.

“Qarşılıqlı ticarətin həcmi 45 milyard dollardan 89 milyard dollara qədər olmaqla, iki dəfə artıb. Üstəlik, hesablaşmaların 90 faizindən çoxu artıq milli valyutalarda aparılır”, - deyə V.Putin bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq