AZ

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Bir sıra ölkələrin ABŞ valyutasından asılılığını azaltmaq istəyinə baxmayaraq, ABŞ dolları qlobal ticarətdə üstünlük təşkil etməkdə davam edir. 

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) geosiyasətin dünya ticarətinə təsiri haqqında dərc olunmuş hesabatında deyilir.

Sənədə əsasən, geosiyasi risklərin artmasına baxmayaraq, son məlumatlar ABŞ dollarının dünyada dominant mövqedə qaldığını göstərir. Beləliklə, o, qlobal ticarət maliyyəsinin 80%-dən çoxunu təşkil edir.

BVF-nin məlumatına görə, əmtəə ticarətinin əksəriyyəti dollarla ödənilir və bu, ABŞ valyutasının üstünlüyünə töhfə verir, baxmayaraq ki, bəzi ölkələr beynəlxalq əməliyyatlarında və ehtiyatlarında dollardan ağır asılılığını aradan qaldırmağa çalışırlar.

Bundan əvvəl amerikalı iş adamı və milyarder İlon Mask demişdi ki, ABŞ-ın dövlət borcu problemi həll olunmasa, o zaman dollar heç bir dəyərə malik olmayacaq.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla