AZ

Zəngəzur açılmasa, Ermənistan özü məhv olacaq...

Image

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla mayın 10-u Almatıda görüşəcək. Burada aparılacaq müzakirələr barədə ətraflı məlumat verilməsə də, hesab olunur ki, sülh müqaviləsi, regionda kommunikasiyların açılması əsas diqqət mərkəzində olacaq. Bura Zəngəzur dəhlizi də daxildir.

Belə bir vaxtda Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasında olduqca maraqlı bir açıqlama verib. O qeyd edib ki, 2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər: “Bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər”. Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə, E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar. O, ermənilərin narahatlığını absurd hesab edib. Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu fonda Ermənistan parlamentinin spikeri Alen Simonyan da mühüm açıqlamaları ilə diqqət çəkir: “Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq üçün imkan var, sadəcə bunun üçün siyasi iradə lazım idi. Ümid edirik ki, bu proses məsələnin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır, çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq”. Simonyan tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğu sualına belə cavab verib: “Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz məqamları bir-bir keçirik, yəni bir məqama çatırıq, müzakirə edirik. Bu, ikiqat şərhə imkan verməmək üçün çox vacibdir. Baxın, bəzi ölkələr və bəzi siyasətçilər 10 noyabr bəyanatı ilə bağlı oxşar fərziyyələr aparmağa çalışdılar. Bu, hamımız üçün yaxşı dərs oldu”. Ermənistan baş naziri Nikol Paşinyan da bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər. Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Sülh sazişinin imzalanması üçün mühüm şərtlərdən biri də məhz kommunikasiyaların açılmasıdır. Görünən odur ki, Ermənistanda bu fonda Zəngəzur dəhlizinə yanaşma da dəyişir. Hazırda Ermənistan və Azərbaycanın şimal-qərb ərazilərindən sərhədlərin delimitasiya proseslərinə start verilib. Lakin cənuba doğru getdikcə çoxlu mübahisəli ərazilər olacaq. Xüsusilə də cənuba yaxınlaşdıqca Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gələcək. Azərbaycan Ermənistanın heç bir nəzarət mexanizmi olmadan Zəngəzur dəhlizinin işə düşməsinin tərəfdarıdır. Bu sadəcə dəmiryolu və quru yolu deyil, eyni zamanda enerji resurslarının daşınmasını həyata keçirəcək dəhlizdir. Elə bu da Ermənistan üçün olduqca maraqlıdır. Hesab olunur ki, bu məsələnin uzadılması Ermənistanın özünün də xeyrinə deyil. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunu belə əsaslandırır ki, Azərbaycan hüquqi baxımdan tam şəkildə Göyçə mahalı və Zəngəzur məsələsini gündəmə gətirmək haqqına sahibdir. O, “axar.az”a açıqlamasında bu xüsusda qeyd edir: “Fikrimcə, Azərbaycan üçün strateji baxımdan iki vacib məsələ öz həllini tapmalıdır. Birincisi, Azərbaycan xalqının razılığı olmadan qanunsuz şəkildə ölkəmizin Göyçə gölü sahilindən tam məhrum edilməsidir. İkincisi isə odur ki, SSRİ dövründə ölkəmizin ərazisi iki yerə bölünüb. Yəni Göyçə mahalı və Zəngəzuru nəzərdə tuturam. O ərazilərimiz də axı SSRİ dövründə Ermənistana zorla verilib. Bunları tələb etməyimiz də Almatı Bəyannaməsindəki prinsiplərə uyğundur. Bəhs etdiyimiz məsələlərin danışıqlar mövzusu olacağına əminəm. Bu, qaçılmazdır. Paşinyan isə özlərinə sərf edən vəziyyətin təbliğ etmək yolu ilə təsbit olunmasını istəyir. Amma yalnız qalib ölkələr belə davranırlar. Tarixdən yüzlərlə örnək vermək olar, məğlub ölkə heç vaxt öz ərazisini artırmır. Ermənistan tarixi ədalətsizliyi müxtəlif manipulyasiyalar yolu ilə təsbit etmək istəyir. Ancaq Azərbaycan heç vaxt buna razı olmayacaq”. Hər halda, seçim Ermənistanındır. Diplomat Azərbaycanın Ermənistanla delimitasiya xəritələri ilə bağlı fərqli mövqedə olduğunu bildirib: “Həmin dövrdə müxtəlif xəritə və sərhəd dəyişiklikləri olub. Bunları yerli hakimiyyət orqanları vaxtilə qismən də olsa, bu və ya digər formada təsbit ediblər. Problem isə ondan ibarətdir ki, Ermənistan 1989-cu ildə rəsmi şəkildə ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb, de-fakto və de-yure sərhədləri pozub. İndi isə müharibədə məğlub olandan sonra onlar üçün ən məqbul variantdan istifadə etmək niyyətindədirlər. Bunlar təxminən 1975-1976-cı illərin xəritələridir. Ancaq ortada razılaşdırılmış prinsiplər var. Azərbaycanın isə mövqeyi ondan ibarətdir ki, sərhədin müxtəlif hissələrində müxtəlif dövrlərin xəritələri istifadə olunacaq. Paşinyan yəqin ki, daxildə nüfuzunu qaldırmaq üçün SSRİ dövrünün hüquqi qüvvəyə malik ən son xəritələrindən istifadə ediləcəyini bildirib. Ancaq Azərbaycanın rəsmi mövqeyi müxtəlif dövrlərin xəritələrindən istifadəyə imkan verir”.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33973
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23998
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18621
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14804
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11589
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11548
Helikopterin qalıqları tapılıb
10853
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7670
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6853
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6302
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5639
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4564
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3278
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2912
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2304
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2172