AZ

Münasibətlər qarşılıqlı etimad əsasında daha da genişlənəcək

Azərbaycana dünyanın əksər dövlətləri həmişə ehtiram göstərib. Müstəqil dövlət kimi Azərbaycanın xarici siyasəti bu dövlətlərin də xarici siyasəti ilə qarşılıqlı ehtirama, inama əsaslanıb. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandıqdan sonra dövlətlərarası münasibətlər daha da möhkəmləndi.

Azərbaycanla Slovakiya arasında dövlətlərarası mümnasibətlər də həmişə qarşılıqlı etimada və qarşılıqlı ehtirama əsaslanıb. May ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri bu münasibətlər müstəvisində daha da yaxınlaşmanın, qaşılıqlı münasibətlərin daha da genişlənməsinin təsdiqi kimi tarixləşdi. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında imzalanan Birgə Bəyannamə çox ciddi siyasi bir sənəddir, əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki dövlətin maraqlarını da əks etdirir, miyyətlərini də göstərir. Digər tərəfdən, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il mart ayının 18-də Slovakiya Respublikasına səfəri qarşılıqlı münasibətlər üçün ən etibarlı zəmin oldu.
Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” da imzalandı. Bu sənəd də dövlətlərarası münasibətlərin yaxşılaşması baxımından olduqca gərəkli sənəddir. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” dəyişən dünyada sülhün qorunmasına zəmanət baxımından da əhəmiyyətlidir.
Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad əsasında daha da genişlənəcəkdir.

Səbinə XASAYEVA,
                                                                                                                                                           Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12121
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8659
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8618
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2394
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2093
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1897
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1548
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
959
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
735
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
478
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
382
Arda dubl etdi - VİDEO
381
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
375
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374