AZ

“Barselona” ulduzunu satmağa hazırdır: 80 milyona

“Barselona” hücumameyilli yarımmüdafiəçi Rafinyanı satmaq qərarına gəlib.



Referans.az xəbər verir ki, bu barədə jurnalist Xoakim Pyera məlumat yayıb.


Kataloniya klubu ciddi maliyyə problemləri səbəbindən braziliyalı futbolçunu satmaq məcburiyyətindədir. “Barsa” Rafinyanın gedişindən 80 milyon avro qazanmağı ümid edir. Bu baxımdan Kataloniya klubunun rəhbərliyi Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirməyə hazırdır.


“Transfermarkt” Rafinyanın dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, İspaniya çempionatında 26 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Bundan əlavə, 27 yaşlı cinah yarımmüdafiəçisi Çempionlar Liqasında 7 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq