AZ

Türkiyə ilə Azərbaycan arasında 120 bənddən ibarət protokol İMZALANDI

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi və dostluğu iki qardaş ölkənin bütün istiqamətlər üzrə əməkdaşlığının təşviqində həlledici rol oynayır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədovla birgə bu gün Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Cevdet Yılmaz bildirib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bugünkü - 11-ci iclasının yekunlarına görə əməkdaşlığın bir çox sahəsi üzrə yeni fəal birgə addımları nəzərdə tutan 120 bənddən ibarət protokol imzalanıb: 
“Xüsusilə iki ölkənin ticarət nazirliyi tərəfindən Türkiyə və Azərbaycan arasında ticarətin daha da sadələşdirilməsi üzrə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Həmçinin Türkiyə-Azərbaycan birgə gənclər forumunun keçirilməsi planlaşdırılır”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
Mənbələr
Şərh ()
Bağla