- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) ikinci finalçının adına aydınlıq gəlib.
90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında “Real” “Bavariya”nı qəbul edib.
Matçı Şimon Marçiniakın (Polşa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.Oyun mayın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayıb. 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Matçın 68-ci dəqiqəsində münhenlilərin müdafiəçisi Alfonso Devis komandasını hesabda irəli çıxarıb. Ən sonda meydan sahiblərinin hücumçusu Xoselu dubla imza ataraq komandasına qələbə qazandırıb.
Yarımfinalın ilk oyununda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar.
Beləliklə, iki görüşün cəminə əsasən, Madrid klubu finala adlayıb.
Bundan əvvəl "Borussiya Dortmund" finala yüksəlib. O, ümumi hesabda PSJ-dən üstün olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.