AZ

Ayı qapını sındırıb evə girdi və... - VİDEO

Türkiyənin Bayburt bölgəsinin Üzəngili kəndində yaşayan vətəndaşların evlərinə ayı girib. Qış yuxusundan oyanan ayı, ehtimal ki, ac olub. Vəhşi heyvan evi alt-üst edib, qapı-pəncərələri sındırıb.

Publika.az xəbər verir ki, yayda kənddə, qışda yaylaqda yaşayan vətəndaşlar evlərinə qayıdarkən gördükləri mənzərə qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Evə kiminsə girməsindən şübhələnən vətəndaşlar, divarlarda, çarpayılarda və döşəmələrdə ayının caynaq izlərini görüblər.

Ayının 5 evə girdiyi bildirilir. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
31
Mənbələr
Şərh ()
Bağla