AZ

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Meksika

Bakı, 9 may, AZƏRTAC

Meksikada çərşənbə axşamı elektrik enerjisinin kəsilməsi ölkədə müşahidə olunan rekord isti hava ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Meksika Prezidenti Andres Manuel Lopes Obrador mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, paytaxt Mexikoda havanın temperaturu 33 dərəcəyə çatıb.

“Xoşbəxtlikdən elektrik enerjisi sistemi yenidən bərpa olundu. Biz bu cür xüsusi vəziyyətlərlə bağlı çox diqqətli olacağıq. Bizim enerji istehsal etmək imkanlarımız var. Düşünürəm ki, bu hadisə gözlənilməz oldu”, - deyə Obrador bildirib.

Xatırladaq ki, mayın 7-də Meksika ərazisində enerjisinin verilməsində dörd saat fasilə yaranıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
8
Mənbələr
Şərh ()
Bağla