AZ

İtə görə həmyerlisinin maşının arxasına bağlayıb sürüdü - VİDEO

Türkiyənin Antaliya şəhərində itinə zərər vuran şəxsi avtomobillə sürüyən yerli sakin həbs edilib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 7-də Kaş rayonunda qeydə alınıb.

Məlumata görə, Şaban T. adlı şəxs itinə zərər verib onu söydüyünü iddia edərək psixoloji problemləri olduğu məlum olan həmyerlisi Orxan S.-nin evinə gedib və onunla mübahisə etməyə başlayıb. Bir müddət sonra mübahisə böyüyərək davaya çevrilib.

Ardınca Şaban T., Orxan S.-nin öncə əl və ayaqlarını bağlayıb, ardınca isə iplə avtomobilinin arxasına bağlayaraq torpaq üzərində təxminən 150 metr sürüyüb.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları hadisəni nəzarət altına alaraq Şaban T.-ni həbs edib. Asayiş keşikçiləri Orxan S.-nin əl və ayaqlarını açaraq ambulansla tibb məntəqəsinə göndərib.

Həbs edilən Şaban T. isə hakim qarşısına çıxarılacaq.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla