AZ

Ulu öndər və insan haqlarının müdafiəsi

Dünən Naxçıvanda Ulu öndərin anadan olmasının 101 illiyinə və muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib.

Məclisin açılışında Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində qanunun aliliyinə strateji məsələ kimi yanaşıb, hüquq sistemində işlək və çevik mexanizmlər tətbiq olunub, ədalət mühakiməsinin səmərəliliyinə və insan hüquqlarının etibarlı təminatına nail olunub. O, müstəqillik dövründə Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanan təkmil qanunvericilik bazasının formalaşdırıldığını, hüquq təsisatlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Bildirilib ki, bu gün Prezident İlham Əliyev 100 illiyini qeyd etdiyimiz Naxçıvan MR-də də hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işini diqqət mərkəzində saxlayır, ardıcıl islahatlar həyata keçirilir. Aparılan kadr islahatları muxtar respublikada hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işində yeni mərhələnin əsasını qoyub.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov  qeyd edib ki, Ulu öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsasının qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində tarixi addımlar atılıb.

Konfransda III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusunda təqdimatla çıxış edib.

Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, muxtar respublika prokuroru Sənan Paşayev, MR ədliyyə naziri vəzifələrini icra edən Hüseyn Səfərov mummilli lider Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatların ölkədə insan haqlarının müdafiəsi sahəsində yeni demokratik əsaslar yaratdığını söyləyiblər.

“Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Həmçinin “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub.

Konfransda bir qrup vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

XQ
Naxçıvan

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla