AZ

Putin və Paşinyan bu mövzuları müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Moskvada regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

News24.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Zirvə Toplantısından sonra Kreml Sarayında görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin iqtisadiyyat sahəsində əməkdaşlığa önəm verdiklərini ifadə edərək, "Ermənistanın Aİ ölkələri ilə qarşılıqlı ticarət həcmi 14 dəfə artıb. İkitərəfli əlaqələr də kifayət qədər uğurla inkişaf edir. Ticarət həcmi 7 milyard dolları keçib. İqtisadi əlaqələrimizdə belə bir rəqəm indiyə qədər görülməyib. Təbii ki, ticarət həcminin artması ilə bağlı deyil, regionda təhlükəsizliklə bağlı məsələlər də var" deyib.

Ermənistanın baş naziri Paşinyan da ikitərəfli münasibətlərin və regional məsələlərin əhəmiyyətinə işarə edərək, "Biz sonuncu dəfə ötən ilin dekabrında görüşmüşdük. Təbii ki, müzakirə edilməli olan məsələlər o vaxtdan yığılıb" deyib.

Qeyd edək ki, Putin-Paşinyan görüşü bir saata yaxın davam edib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq