AZ

Tuhel hakimləri ittiham etdi

style='margin-bottom:10px;'>

"Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının yarımfinalının cavab oyununda (2:1) "Real"a uduzaraq turnirdə mübarizəni dayandırmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. Ötən gecə cavab görüşünün 68-ci dəqiqəsində "Bavariya" hesabı açsa da, "Real" 88 və 90+1-ci dəqiqələrdə fərqlənib. Görüşün sonunda "Bavariya"nın futbolçusu Matteys de Liqt "Real"ın qapısına zərbə endirib. Bununla belə, baş hakim Şimon Marçiniak epizodun sonunu gözləmədən fit çalaraq ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, "Real" mərhələ adlayıb.

Tomas Tuhel isə görüşdən sonra açıqlamasında komandasının ÇL-lə vidalaşmasına görə hakimləri günahlandırıb: “Real"ın geri dönüşünü necə izah edə bilərik? Hakimlər yenə öz işləri ilə məşğul oldular. "Real"a qarşı heç vaxt belə səhv etməzdilər".

Qeyd edək ki, turnirin finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla