AZ

"Xəzri"nin baş məşqçisi: Müdafiədə çox yaxşı oynadıq

Həqiqətən də müdafiədə çox yaxşı oynadıq.

"Report"un məlumatına görə, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "NTD-İndiqo"ya 63:61 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis hücum performanslarından məmnun qalmadığını bildirib: "Ancaq rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Qarşılıqlı həmlələrlə bütün hücumları ayrı-ayrı müdafiə sistemi ilə dayandırmağa çalışdıq. Bu matçda müdafiədə çox fərqli üsullar yoxladıq. Bir az kombinasiyalı sistemə üstünlük verdik. Bu da rəqibimizin istədiyi kimi çıxış etməsinə mane oldu. Bu məsələdə də uğurlu olduğumuzu düşünürəm. Məncə, pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər. Komandam bunu bacardı. Ona görə də hər birini təbrik edirəm. Seriyada 1-0 irəli çıxdıq. Hələ heç nə yekunlaşmayıb".

Türkiyəli baş məşqçi şənbə günü ikinci görüşün olacağını xatırladıb: "Eyni ciddiyyətlə, eyni sərtlik və templə çalışacağıq. Ümid edirəm ki, növbəti qarşılaşmada da istədiyimiz nəticəni əldə edəcəyik. Artıq mental olaraq üstünlük bizdədir. Bunu yaxşı dəyərləndirmək lazımdır. “Sərhədçi” ilə ikinci oyunda etdiyimiz səhvləri təkrarlamamaq üçün oyunçularımı yaxşı motivasiya etməliyəm. Ümid edirəm ki, şənbə günü yaxşı oyun göstərərək adımızı finala yazdıracağıq".

Qeyd edək ki, bu komandalar arasında ikinci duel mayın 11-də reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü oyun mayın 13-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23437
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16850
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16516
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10017
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5524
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5375
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4179
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3676
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2935
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1970
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1852
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741