AZ

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Sumqayıt, 9 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 101 illiyi ilə əlaqədar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dəyirmi masa formatında “Gənclər - Ulu Öndərin izində” mövzusunda tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxı izləyiblər.

Tədbir Ümummilli Liderin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Maraqlı dialoq şəklində keçən tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, müharibə veteranları iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, hərtərəfli düşünülmüş siyasi strategiyası sayəsində Azərbaycan mühüm uğurlar qazanıb. Azərbaycan dövləti əbədi yaşamaq qabiliyyətini, cəmiyyət isə tarixi prosesin növbəti mərhələsində iştirak etməyə hazır olduğunu nümayiş etdirib.

Qeyd edilib ki, Azərbaycan xalqı son yarım əsirlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi Heydər Əliyevdir və onun dövlət fəaliyyətində bu gün də əhəmiyyətini qoruyan ideyalarıdır.

Vurğulanıb ki, İlham Əliyev Azərbaycan Prezidenti seçiləndən bu günə qədər dayanıqlı inkişafın təmin olunması, vətəndaşların rifahının yüksəldilməsi, ölkəmizin dünyada nüfuzunun artırılması, müstəqil siyasət yürüdülməsi, Azərbaycanın inkişafı dövlət siyasətinin əsas prioritetlərinə çevrilib.

Çıxış edənlər Ulu Öndərin gənc nəslə olan diqqət və qayğısından da danışıblar, Heydər Əliyevin fəaliyyətinin daim xalqın, dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla