AZ

Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Bu barədə XİN-in "X" hesabında bildirilib.

"Bu gün, dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 79 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparmış, müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirmiş qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik", - paylaşımda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
31
Mənbələr
Şərh ()
Bağla